XƏBƏRLƏR / Münaqişə

Xamenei İsrailə zərbə endirmək əmri verib

Bu barədə  “New York Times“ qəzeti məlumat yayıb

Xamenei İsrailə zərbə endirmək əmri verib
Əli Xamenei
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın mənəvi lideri Əli Xamenei Fələstinin radikal HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda qətlə yetirilməsinə cavab olaraq İsrailə birbaşa zərbə endirilməsi əmrini verib.

    Bu barədə  “New York Times“ qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

    Qəzetin mənbələri iddia edir ki, bu qərar HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda öldürülməsinə cavab olaraq verilib.

    Onların versiyasına görə, əmr iyulun 31-i səhər saatlarında verilib.