XƏBƏRLƏR / Münaqişə

Ərdəbilə zərbədən sonra Bakı yenə İsrailə müraciət edib

Məlumatı "APA" əldə edib

Ərdəbilə zərbədən sonra Bakı yenə İsrailə müraciət edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərdə əməliyyat zamanı mülki əhalinin və mülki obyektlərin təhlükəsizliyi ilə əlaqədar ehtiyatlı davranmaq və zərbələrdən mümkün qədər yan keçmək üçün müxtəlif kanallarla İsrail tərəfə yenidən müraciət edib.

    APA-nın əldə etdiyi məlumata görə, xüsusilə Ərdəbildəki hərbi obyektlərin vurulmasından sonra Azərbaycan tərəfdə mülki əhalinin təhlükəsizliyi baxımından narahatlıq yaranıb.

    Qeyd edək ki, İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələri hədəfə almamaq, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı Azərbaycanın bir neçə gün əvvəl müxtəlif kanallarla İsrail rəhbərliyinə mesaj göndərdiyi barədə məlumat yayılmışdı.