XƏBƏRLƏR / Münaqişə

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb

YENİLƏNİB

Bolqarıstan İrandakı səfirliyini Azərbaycana köçürüb
Rosen Jelyazkov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • 15:46

    Bolqarıstan İran və İsrail arasındakı qarşıdurmanın kəskinləşməsi ilə əlaqədar Tehrandakı səfirliyinin diplomatik heyətini və onların ailələrini Azərbaycana təxliyə edib.

    Bu barədə Bolqarıstanın Baş naziri Rosen Jelyazkov bildirib.O qeyd edib ki, Bolqarıstan Tehrandakı səfirliyini bağlayıb, diplomatik işçilərini və onların ailələrini İran və İsrail arasında münaqişənin kəskinləşməsi ilə qonşu Azərbaycana təxliyə edib.

    Jelyazkov bildirib ki, İsrailin sakinlərə Tehranın üçüncü bölgəsini təxliyə etməyi tövsiyə etməsindən sonra səfirlikdən 12 nəfər və onların ailə üzvləri təxliyə edilib.

    “Bolqarıstan səfirliyi bu ərazinin bilavasitə yaxınlığındadır və biz diplomatlarımızın ölkəni tərk etməsinə qərar verdik. Səfirlik Bakıdan fəaliyyətini davam etdirəcək”, - Baş nazir qeyd edib.

    ***

    14:41

    Bolqarıstan öz diplomatlarını İrandan Azərbaycana təxliyə edib və Tehrandakı səfirliyini bağlayıb.

    Bolqarıstan KİV-nin verdiyi məlumata görə, bu barədə bu gün ölkənin Baş naziri Rosen Jelyazkov bildirib.

    Onun sözlərinə görə, İranda 12 bolqar diplomat və onların ailə üzvləri, cəmi 17 nəfər olub.