Israil Livanda "Hizbullah"ın fəallarını məhv edir
2023-cü il oktyabrın 7-dən etibarən toqquşmalarda öldürülən "Hizbullah" üzvlərinin sayı 182 nəfərə çatıb

"Hizbullah" İsrailin Livana endirdiyi hava zərbələri nəticəsində təşkilatın 3 üzvünün öldüyünü bildirib.
Beləliklə, oktyabrın 7-də Fələstin-İsrail münaqişəsinin qızışdığı gündən bu yana sərhəddə baş verən toqquşmalarda həlak olan hərəkat üzvlərinin sayı 182 nəfərə çatıb.
Ötən gecə SAXAL ölkənin şimal bölgələrinin Livan ərazilərindən atəşə tutulmasına cavab olaraq Livanın cənubundakı "Hizbullah" mövqelərinə bir sıra zərbələr endirib.