Qudermesdə Xüsusi Təyinatlı Qüvvələr Universitetinə hücum
Bu barədə Çeçenistan rəhbəri Ramzan Kadırov məlumat verib
Çeçenistan rəhbəri Ramzan Kadırov öz Telegram kanalında yazır:
“Bu gün səhər saat 06:30-da Qudermesdə pilotsuz hava hücumu nəticəsində Rusiya Xüsusi Təyinatlı Qüvvələri Universitetinin (RXTU) ərazisindəki boş binanın damı yanıb.
İstintaq orqanları hadisə ilə bağlı araşdırmalara və cinayətdə iştirak edən şəxslərin müəyyən edilməsinə başlayıb. RXTU-un fəaliyyəti dayandırılmayıb, bütün xidmətlər normal rejimdə işləyir”.
Kadırov TASS-a müsahibəsində qeyd edib ki, “Onlar bizi dişlədi, biz onları məhv edəcəyik. Onların heç ağlına da gətirmədiyi kimi, yaxın gələcəkdə belə bir cəza verəcəyik. Bizimlə zarafat etməyə icazə vermərik”.
Qeyd edək ki, Çeçenistan ərazisində ilk dəfədir pilotsuz təyyarə hücumu baş verir.