Abbas Əraqçı: Hormuz boğazı tam açıldı YENİLƏNİB
Bu barədə İranın XİN rəhbəri "X" şəbəkəsində yazıb
17:26
ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazını açdığı üçün İrana təşəkkür edib.
O, bu barədə “Truth Social” hesabında yazıb.
ABŞ Prezidenti Hörmüz boğazını “İran boğazı” kimi qeyd edib.
“İran elə indicə İran boğazının tam açıldığını və tam keçid üçün hazır olduğunu elan edib. Çox sağ olun”, - Tramp vurğulayıb.
Qeyd edək ki, xarici işlər naziri Abbas Əraqçi İranın Hörmüz boğazını açdığını bildirib.
O qeyd edib ki, Livandakı atəşkəsə uyğun olaraq, bütün ticarət gəmilərinin Hörmüz boğazından keçidi ABŞ-la atəşkəs müddəti ərzində tam açıq elan olunur.
***
16:58
İRAN: HÖRMÜZ BOĞAZI AÇILDI
İranın xarici işlər naziri Abbas Əraqçı Livanda atəşkəslə paralel olaraq, Hörmüz boğazının atəşkəs müddətinin qalan hissəsi üçün İran İslam Respublikasının Limanlar və Dənizçilik Təşkilatı tərəfindən elan edilmiş əlaqələndirilmiş marşrut üzrə bütün ticarət gəmilərinin keçməsi üçün tam açıq olduğunu "X" şəbəkəsində açıqlayıb.
1 dəqiqə