XƏBƏRLƏR / Münaqişə

Nigerdə fransız liseyi bağlanır

Bir il əvvəl həmin liseydə 800 şagird təhsil alırmış

Nigerdə fransız liseyi bağlanır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Nigerin paytaxtı Niameydə 60 ildir fəaliyyət göstərən La Fonten fransız liseyi bağlanır.

    Fransa Beynəlxalq Radiosu (RFİ) xəbər verir ki, bir il əvvəl 800 şagirdin təhsil aldığı lisey ötən ilin sentyabr ayından distant təhsilə keçib, müəllimlərin sayı azaldılıb. Bu ilin sentyabrında isə təhsil müəssisəsi tamamilə bağlanacaq. Məsələ ilə bağlı Fransa tərəfi rəsmi şəkildə məlumatlandırılıb.

    Qeyd edək ki, Fransanın keçmiş müstəmləkələri olmuş Niger, Mali və Burkina-Fasoda son bir ildə fransız dilinin statusu dövlət dili səviyyəsindən işçi dil səviyyəsinə endirilib