
İran İsrailə raket hücumu etdi - Hayfa və Tel-Əvivdə silsilə güclü partlayışlar.
- İranın İsrailə 30-a yaxın raket atdığı bildirilir - bu hücum ABŞ-ın İranın nüvə obyektlərinə son zərbələrinə cavab idi.
- İsrail ordusu Tel-Əviv və sahilyanı ərazilər də daxil olmaqla, ölkə daxilində raket xəbərdarlığı edib.
- Ballistik raketlərdən biri Hayfanın yaşayış məntəqələrinin yaxınlığında düşüb – zərbə zonasında qalın qara tüstü müşahidə olunur.
- İsrail mənbələri "Dəmir Qübbə" hava hücumundan müdafiə sisteminin işə salındığını, lakin raketlərin bir hissəsinin müdafiəni keçə bildiyini bildirir.
- İranın İsrailə hücumu nəticəsində 15 nəfərin yaralandığı bildirilir.