XƏBƏRLƏR / Qonşular

İranın Azərbaycandakı səfiri Naxçıvana gedib

Görüşdə Azərbaycanla İran arasında yaranan qarşılıqlı əlaqələr müzakirə olunub

İranın Azərbaycandakı səfiri Naxçıvana gedib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın Azərbaycandakı səfiri noyabrın 3-də Müctəba Dəmirçilu Naxçıvana gedib.

    Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov İran səfirini qəbul edib.

    Bildirilib ki, görüşdə dövlət başçılarının siyasi iradəsi və dostluq münasibətləri nəticəsində Azərbaycanla İran arasında yaranan qarşılıqlı əlaqələrdən, Naxçıvan Muxtar Respublikasının bu əlaqələrdə rolundan danışılıb, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

    Görüşdə İranın Naxçıvandakı baş konsulu Əziz Mənsuri də iştirak edib.

    Xatırladaq ki, Dəmirçilu dünən Naxıvanla sərhəddə olan İranın Araz Azad Ticarət Zonasında olmuşdur.