Gürcüstanın müxalifət lideri etiraz aksiyasında döyülüb
Bu barədə o, tibb müəssisəsindən paylaşdığı qısa videoda bildirib
Gürcüstanın ana müxalifət partiyası olan Vahid Milli Hərəkatın (VMH) sədri Levan Xabeişvili etiraz aksiyası zamanı döyülüb.
Bu barədə Xabeişvili tibb müəssisəsindən paylaşdığı qısa videoda bildirib.
Üzü tanınmaz hala düşmüş Xabeişvili xüsusi təyinatlı polislər tərəfindən döyüldüyünü deyib.
Bir qədər əvvəl VMH Xabeişvilinin oğurlanması barədə məlumat yayıb.