Rusiyanın təyyarə parkı get-gedə sıradan çıxır
Ekspertlər bunu Qərb sanksiyaları və ehtiyat hissələrinin qıtlığı ilə əlaqələndirirlər

Çərşənbə günü Rusiya aviaşirkətlərinə məxsus iki sərnişin təyyarəsi havada nasazlıqlar yaşadı, "The Moscow Times" yazır.
Bildirilir ki, hər iki təyyarədə qanadın mexanikləşdirilməsinə nəzarət sisteminin elementləri sıradan çıxıb.
İlk insident fevralın 19-da səhər saatlarında baş verib. Krasnoyarskdan Norilskə uçan, göyərtəsində 157 nəfər olan "NordStar Airlines"-a məxsus Boeing 737-800 təyyarəsinin ekipajı kabinədə icazə verilən hündürlüyün aşıldığı və təzyiqin azaldığı barədə həyəcan siqnalı verib. Daşıyıcının sözlərinə görə, sensor havaya qalxdıqdan bir saat yarım sonra sönüb. Pilotlar hündürlüyü aşağı salıb təyinatlarına qədər getməyə qərar verdilər. “Göyərtədə 8-i uşaq olmaqla 156 sərnişin olub. Sərnişinlərdən heç biri xəsarət almayıb”, - "NordStar"-dan bildirib.
Eyni zamanda, TASS əməliyyat xidmətləri qanadların nasazlığı səbəbindən təyyarənin təcili eniş etməli olduğunu bildirib.
İkinci fövqəladə hadisə günorta saatlarında Moskvadan Nijnekamska uçan "Sukhoi Superjet" təyyarəsində baş verib. Təyyarə qanadın yüksək qaldırıcı idarəetmə sensorunun nasazlığı səbəbindən qalxdığı hava limanına (Şeremetyevo) qayıtmağa məcbur olub. Moskvaya eniş normal reimdə baş tutub.