Putin martın 24-ü milli matəm günü elan edib VİDEO
Rusiya Prezidenti "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar aksiya adlandırıb
Putin martın 24-ü milli matəm günü elan edib.
Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar aksiya adlandırıb. O, 24 martı milli matəm günü elan edib.
Rusiya Prezidenti Putindən Moskvadakı hücumla bağlı ilk açıqlama:
Konsert zalında baş verənlər qanlı və barbar terror aktıdır.
Biz diqqətlə planlaşdırılmış hücumla yanaşı, əvvəlcədən hazırlanmış kütləvi insan qətli ilə də qarşılaşdıq.
Xalqımıza qarşı bu hücumu hazırlayan və terrorçuların arxasında duran hər kəsi müəyyənləşdirib cəzalandıracağıq.
Moskvada və digər regionlarda əlavə antiterror tədbirləri tətbiq edilib.
İlkin məlumata görə, Ukrayna tərəfindən (terrorçular üçün) dövlət sərhədini keçmək üçün pəncərə hazırlanıb.