XƏBƏRLƏR / Qonşular

Rusiyada Azərbaycandan olan sərnişin üzərliyə görə tutulub

Gömrük "külli miqdarda narkotik qaçaqmalçılığı" ilə bağlı cinayət işi açıb

Rusiyada Azərbaycandan olan sərnişin üzərliyə görə tutulub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiyanın Perm hava limanında Azərbaycandan olan sərnişin “Uzərlik”ə görə saxlanılıb.

    Rusiya mənbələri xəbər yayıb ki, Perm hava limanında Bakıdan uçan sərnişindən "400 qramdan artıq narkotik vasitə olan “Peganum harmala” (üzərlik otu) bitkisi" götürülüb.

    Sərnişin otu şəxsi istifadə üçün aldığını izah edib. Lakin Perm Gömrüyü "külli miqdarda narkotik qaçaqmalçılığı" ilə bağlı cinayət işi açıb.