XƏBƏRLƏR / Qonşular

Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb

Bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib

Ermənistan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gündən Ermənistan hökuməti ölkəyə giriş-çıxış zamanı pasportlara vurulan viza möhürlərindən Ağrı dağının təsvirini çıxarıb.

    Bu barədə qərar sentyabrın 11-də Ermənistan Nazirlər Kabinetinin iclasında qəbul edilib.

      Yeni nümunə möhürlər artıq təsdiqlənib və qaydalar 2025-ci il noyabrın 1-dən qüvvəyə minib.

      Qeyd edək ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan möhürün Ermənistan dövlətçiliyini gücləndirmək üçün dəyişdirildiyini bildirmişdi.