Ermənistanda fərariliyin rəsmi qiyməti müəyyən edilib
Ermənistan parlamenti məsələ ilə bağlı müddəaları birinci oxunuşda qəbul edib
Rəsmi olaraq Ermənistanda əsgərlikdən vaz keçmək - 37,5 min dollar!
Ermənistan parlamenti 27 yaşına çatmış və məcburi hərbi xidməti başa vurmamış şəxslərlə bağlı müddəanı birinci oxunuşda qəbul edib.
İndi hakimiyyət çağırışçılara 5 variant təklif edir. Onlardan birini seçməklə onlar cinayət məsuliyyətindən yayına bilərlər:
- 2 il xidmət;
- 1 il xidmət edib dövlət büdcəsinə 2,5 milyon dram ödəmək (6 250 $);
- 6 ay + 5 milyon dram (12 500 $);
- 1 aylıq xidmət + 10 milyon dram (25 000 $);
- heç xidmət etməmək + 15 milyon dram (37 500 $).