Paşinyan jurnalistlər üçün brifinq keçirib YENİLƏNİR
"Əgər xalq hakimiyyət dəyişikliyini istəsə, xalq da hakimiyyəti dəyişər"
"Mən on dəfə bəyan etmişəm ki, əgər Ermənistan Respublikasının xalqı hakimiyyət dəyişikliyini istəyirsə, o zaman Ermənistan Respublikasının xalqı bu dəyişikliyi həyata keçirəcək."
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan Parlamentdə jurnalistlərin suallarını cavablandıranda deyib.
- O, qeyd edib ki, Parlament binası yaxınlığında çoxlu sayda polis qüvvələrinin və xüsusi texnikanın toplanması qanunvericilik orqanının normal fəaliyyətini təmin etmək üçün lazımdır.
- Paşinyan sülh müqaviləsi imzalanmamışdan əvvəl Azərbaycanla kommunikasiyaların açılmasını, həmçinin delimitasiya və demarkasiya prosesini mümkün hesab edir.
- Sülh müqaviləsinin mətni hazırda tam hazırlanıb və son nöqtələrə düzəlişlər etməklə, əvvəllər təsdiq edilmiş və imzalanmış ikitərəfli sazişlər əsasında yekun formasına gətirilə bilər.
- Konstitusiyaya əlavə və dəyişikliklərə gəlincə, hesab edirəm ki, bu məsələnin əlaqələndirilməsi, danışıqlar masası arxasına gətirilməsinə cəhd sülh prosesinə zərbə vurur və istisna etmirəm ki, Ermənistanın daxili işlərinə qarışmaq, istiqamətində müəyyən meyllər var. Ermənistanda müəyyən dezinformasiyaya əsasında prosesləri qızışdırmaq cəhdləri ola bilər.
- Mən hələ 2018-ci ildə, sonra 2019-cu ildə Konstitusiyanın dəyişdirilməsindən danışmışdım və bizim gündəliyimiz müstəsna olaraq demokratik islahatlarla bağlıdır və biz demişdik ki, Konstitusiyanın dəyişdirilməsi danışıqların tərkib hissəsi ola bilməz.
- Biz bir aydan sonra sülh sazişi imzalamağa hazırıq. Hazırkı mətn kifayət qədər yetkindir, əvvəllər müəyyən edilmiş razılaşmalara əsaslanaraq, sonuncu sətirlər düzəldilə, yekunlaşdırıla və imzalana bilər.