Azərbaycan və Ermənistan XİN rəhbərləri ayın sonu görüşəcək
Nazirlərin görüşü fevralın 28-29-da Berlində baş tutacaq
Münhendə üçtərəfli görüş zamanı əldə olunmuş razılığa əsasən, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü fevralın 28-29-da Berlində baş tutacaq, - bunu Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan jurnalistlərə bildirib.
Azərbaycan XİN rəhbəri Ceyhun Bayramov bu gün səhər görüş ehtimalını təsiq edib, lakin dəqiq vaxtını açıqlamayıb.