XƏBƏRLƏR / Qonşular

Pezeşkian molla rejiminə qarşı müxalif fikirlər söyləyir

İran prezidenti ölkəsinin geridə qalmağından və İslam inqilabından sonra əhalinin güzaranının pisləşməsindən gileylənib

Pezeşkian molla rejiminə qarşı müxalif fikirlər söyləyir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran prezidenti Məsud Pezeşkian molla rejiminə qarçı getgedə daha çox müxalif fikirlər dilinə gətirir.

    "İnqilabdan əvvəl türklər İrana gələndə yollarımıza həsəd aparırdılar. İndi 100 kilometrlik bir hissədə 70-80 tunel tikirlər, biz isə dörd tunel tikərək artıq bununla fəxr edirik", - deyə Pezeşkian müsahibələrindən birində bildirib.

    Başqa bir müsahibədə prezident inqilabdan əvvəl Zahedanda əsgər kimi xidmət etdiyini və ayda 1800 tümən qazandığını açıqlayıb.
    "Bir "Honda" motosikletinin qiyməti 1250 tümən idi. İndi mən tibb professoru, mütəxəssis, ürək cərrahıyam, amma üç aylıq maaşımla belə, bir dənə də olsun "Honda" ala bilmirəm", - deyə o əlavə edib.