Xəzər dənizində “CASAREX24” axtarış-xilasetmə təlimi gedir
Təlimdə Xəzəryanı dövlətlər - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edir
Xəzər dənizində “CASAREX24” birgə axtarış-xilasetmə təlimi bazar ertəsi səhər saatlarında başlayıb.
İran KİV-i xəbər verir ki, İran Hərbi Dəniz Qüvvələrinin Şimal Donanması tərəfindən təşkil edilən bu təlimlərdə Xəzər dənizinin bütün beş sahilyanı dövləti - Azərbaycan, İran, Rusiya, Qazaxıstan və Türkmənistan iştirak edir.
Təlim regional əməkdaşlığı gücləndirmək və iştirakçı ölkələrin axtarış-xilasetmə əməliyyatlarının aparılmasına hazırlığını artırmaq məqsədi daşıyır.
Təlimdə İranın müxtəlif tipli gəmiləri, o cümlədən “Paykan”, “Coşan”, “Dərəfş” və “Separ” raket katerləri, həmçinin iki AB 212 helikopteri və İran İnqilab Keşikçiləri Korpusunun “Şəhid Bəsir” dəniz bölməsi iştirak edəcək.