Azərbaycan İranda konsulluq fəaliyyətini bərpa edir
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib

Azərbaycan dekabrın 15-dən İranda konsulluq fəaliyyətini bərpa edəcək.
Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.
Müvafiq şöbə Azərbaycanın İrandakı səfirliyində fəaliyyət göstərəcək.
Konsulluq şöbəsinin ünvan və əlaqə vasitələri:
Ünvan: Tehran şəhəri, Pasdaran, Dərrus, Yarməhəmmədi küçəsi, Saqi dalanı, 5
Telefon: (+98 21) 22 59 62 90/91
Faks: 22596310
Elektron poçt: tehran@mission.mfa.gov.az