Paşinyan: Biz "Qarabağ hərəkatını" davam etdirməməliyik
Bu barədə Ermənistanın baş naziri parlamentdəki çıxışı zamanı deyib

Ermənistanın baş naziri Nikol Paşinyan: Ermənistan Qarabağ hərəkatını davam etdirməməlidir.
“Əsas sual ondan ibarətdir ki, Ermənistan hökuməti və xalqı Qarabağ hərəkatını davam etdirmək istəyir, ya yox? Mən hesab edirəm ki, biz Qarabağ hərəkatını davam etdirməməliyik və demək istəyirəm ki, sülh, bizim getdiyimiz yol məhbuslar məsələsinin həllinin ən təsirli yoludur”, - o, parlamentdə deyib.
Onun sözlərinə görə, İrəvan həm Ermənistanın Qarabağ hərəkatından əl çəkdiyinə, həm də Bakının Qərbi Azərbaycan hərəkatı yaratmaqla bağlı heç bir siyasi qərarı olmadığına əmin olana qədər ATƏT-in Minsk Qrupunun buraxılması ilə bağlı müraciət etmək qərarını təxirə salır.