XƏBƏRLƏR / Qonşular

"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirilməyə hazırdır

Ermənistan parlamentində dava düşsə də müvafiq qanunları tam şəkildə qəbul edib

"Ermənistan Elektrik Şəbəkələri" milliləşdirilməyə hazırdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • "Ermənistanın Elektrik Şəbəkələri"nin milliləşdirilməsini həyata keçirmək üçün Ermənistan parlamenti müvafiq qanunları tam şəkildə qəbul edib.

    Layihəyə əsasən, müvafiq əsaslar olduqda Dövlət Xidmətlərinin Tənzimlənməsi Komissiyasının (DTXK) sədri icraata başlaya və qabaqlayıcı tədbirlər tətbiq edə bilər.

    Parlamentdə dava düşməsinə baxmayaraq, qanun paketi ikinci oxunuşda və tam həcmdə – 65 “lehinə”, 27 “əleyhinə” səslə qəbul edilib.