XƏBƏRLƏR / Qonşular

Kreml hesab edir ki, zorakılığa qarşı reaksiya olmamalıdır

Bu barədə Putinin sözçüsü Dmitri Peskov danışıb

Kreml hesab edir ki, zorakılığa qarşı reaksiya olmamalıdır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Rusiya Prezidenti Vladimir Putinin sözçüsü bəyan edib ki, "hüquq-mühafizə orqanlarının işi ilə bağlı hər şey belə reaksiyaya səbəb ola bilməz və olmamalıdır...".

    "Rusiya Azərbaycanla yaxşı münasibətlərin inkişaf etdirilməsində maraqlıdır, lakin Bakının qəbul etdiyi qərarlara görə təəssüflənir," - Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycanın Yekaterinburqdakı hadisələrə münasibətini şərh edərkən deyib.

    O qeyd edib ki, "hal-hazırda Putin-Əliyev danışığı gündəmdə deyil, amma tələb olunarsa, ən qısa zamanda baş tutacaq.

    Azərbaycanda qəbul edilən qərarlara görə ürəkdən təəssüflənirik...".