Deputat Armen Xaçaturyan: Qarabağ Azərbaycandır!
Bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini deyib
“Qarabağın Azərbaycanın bir hissəsi kimi tanınması beynəlxalq faktdır və heç bir normal dövlət başqa cür deyə bilməz, bunlar beynəlxalq səviyyədə tanınmış sərhədlərdir və qorunub saxlanılır”.
“Kalibre”nin verdiyi məlumata görə, bunu Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik məsələləri üzrə daimi komissiyasının sədr müavini Armen Xaçaturyan deyib.
“Niyə bu regionda 44 günlük müharibədən sonra Ermənistan sülhə doğru getdiyini, ən çox sülhə ehtiyacı olduğunu bəyan etdi? Çünki müharibədən sonra resurslar, ölkənin vəziyyəti və siyasi vəziyyət ilk növbədə Ermənistanı təhdid edirdi. Bəs siz necə təsəvvür edirsiniz ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımadığını bəyan edir? Bu, birbaşa müharibənin başlanğıcı olardı. Bütün dünya tanıyır ki, Qarabağ Azərbaycanın ərazisidir. Bura Azərbaycan ərazisidir.
Kim düşünər ki, bu gün bu geosiyasi şəraitdə bu ordu ilə bu bölgədə müharibəyə başlaya və qalib gələ bilərik? İstər Ermənistanın üzləşdiyi problemlər, istərsə də bizi təhdid edən qüvvə tamamilə müqayisə olunmazdır”, - deyə Armen Xaçaturyan bildirib.