XƏBƏRLƏR / Qonşular

"Müstəqillik Bəyannaməmiz dövlətçiliyimizin əleyhinədir"

Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

"Müstəqillik Bəyannaməmiz dövlətçiliyimizin əleyhinədir"
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistanın Müstəqillik Bəyannaməsinin mətni dövlətçilik əleyhinədir.

    Bu barədə Baş nazir Nikol Paşinyan jurnalistlərlə keçirdiyi brifinqdə deyib.

    “Bu mətnlə müstəqil dövlətin mövcudluğu mümkün deyil. Bu mətn dövlətin mövcudluğunun mümkünsüzlüyündən bəhs edir”, – Baş nazir bildirib.

    Paşinyan qeyd edib ki, yeni konstitusiyanın qəbul edilməsi hakim “Vətəndaş müqaviləsi” partiyasının seçki proqramında yer alıb. O vurğulayıb ki, seçkilərdə mütləq çoxluq qazandıqdan sonra partiya proqramını həyata keçirməlidir.

    Baş nazirin sözlərinə görə, müxalifət konstitusiya prosesini beynəlxalq və regional gündəmlə əlaqələndirib. O, müxalifətin yeni konstitusiya üzrə referendumun keçirilməsinə mane olmaması üçün ictimai təzyiqin artırılmasının mümkünlüyünü qeyd edib.

    Paşinyanın sözlərinə görə, müxalifətə elə bir təklif irəli sürə bilər ki, onu qəbul etməkdən imtina etməsi çətin olsun. Onun fikrincə, prosesin növbədənkənar seçkilərə gətirib çıxarmaması ehtimalı yüksəkdir.

    Qeyd edək ki, Ermənistanın Konstitusiyanın preambulasında istinad edilən Müstəqillik Bəyannaməsində keçmiş Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin zəruriliyi ilə bağlı bənd var. Azərbaycan isə buna etiraz edir, Ermənistanla sülh sazişinin imzalanması üçün Konstitusiyada dəyişiklik edilməsini şərt kimi irəli sürür.