XƏBƏRLƏR / Qonşular

İran və Rusiya liderləri arasında ilk görüş keçirilib VİDEO

Bu barədə Rusiya mənbələri məlumat yayıb YENİLƏNİB

İran və Rusiya liderləri arasında ilk görüş keçirilib VİDEO
  • Oxuma müddəti:

    3 dəqiqə

  • 18:22

    İran və Rusiya prezidentləri Məsud Pezeşkian və Vladimir Putin bu gün Türkmənistanda danışıqlar aparıb və bu danışıqlarda iki xalq arasında strateji əlaqələr yüksək qiymətləndirilib.

    İki prezident cümə günü digər Mərkəzi Asiya liderlərinin də iştirak etdiyi beynəlxalq foruma qatılmaq üçün Türkmənistanın paytaxtı Aşqabada gediblər.

    Bu, İran və Rusiya prezidentlərinin ilk görüşüdür.

    “Ria Novosti”nin məlumatına görə, Rusiya Prezidenti iranlı həmkarına iki ölkənin beynəlxalq hadisələrlə bağlı fikirlərini bölüşdüyünü deyib.

    Putin bildirib ki, Moskva və Tehran beynəlxalq arenada fəal əməkdaşlıq edir və tez-tez dünya hadisələrini qiymətləndirməkdə razılaşırlar.

    Putin İran Prezidentini Rusiyaya – 22-24 oktyabrda Kazanda keçirləcək BRİKS sammitinə rəsmi səfərə dəvət edib. Pezeşkian dəvəti minnətdarlıqla qəbul edib.

    İran mətbuatının məlumatına görə, Pezeşkian da öz növbəsində Rusiya ilə münasibətlərin səmimi və strateji xarakter daşıdığını deyib.

    "İqtisadi və mədəni baxımdan əlaqələrimiz zaman keçdikcə güclənir və möhkəmlənir. İran və Rusiya arasında artan əməkdaşlıq tendensiyası iki ölkənin ali rəhbərlərinin iradəsinə və bu əlaqələrin gücləndirilməsinin zərurətinə uyğun olaraq sürətləndirilməlidir", - İran Prezidenti bildirib.

    İran və Rusiyanın yaxşı qarşılıqlı və bir-birini tamamlayan potensiala malik olduğunu, bir-birinə kömək edə biləcəyini ifadə edən Pezeşkian deyib: “Bizim dünyadakı mövqelərimiz digər dövlətlərdən daha çox bir-birinə yaxındır”.

    İran və Rusiya arasında strateji tərəfdaşlıq sənədinin imzalanmasının sürətləndirilməsinə ümid etdiyini bildirən İran prezidenti ikitərəfli əməkdaşlığın inkişafını vurğulayıb.

    “Ümid edirəm ki, biz bu razılaşmanı Rusiyada keçiriləcək BRİKS sammiti zamanı yekunlaşdıracağıq”, - İran prezidenti deyib.

    Pezeşkian daha sonra Fələstində və Livanda baş verən hadisələrə və İsrailin onlara qarşı müharibəsinə işarə edərək deyib: “Sionist rejim heç bir beynəlxalq hüquqi və humanitar çərçivəyə hörmət etmir və regionda vəziyyət ağırdır; Avropa və Amerika dövlətləri region ölkələri arasında münasibətlərin sakit davam etməsini istəmirlər”.

    ***

    15:07

    Rusiya Federasiyası və İranın beynəlxalq hadisələrlə bağlı mövqeləri çox vaxt yaxın olur.

    Bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda İran Prezidenti Məsud Pəzeşkianla ilə görüşdə deyib.

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib. İran Prezidenti dəvəti qəbul edib.

    Qeyd edək ki, M.Pezeşkian Kazanda keçiriləcək BRİKS sammitində də iştirak edəcək.

    ***

    13:34

    Rusiya Prezidenti Vladimir Putinlə İran Prezidenti Məsud Pezeşkian arasında Türkmənistanda keçirilən forum çərçivəsində görüş keçirilir.

    VİDEO

    Bu barədə İran mənbələri məlumat yayıb.

    Bu, Putinin Pezeşkianla ilk görüşüdür. Liderlər Yaxın Şərqdəki vəziyyəti müzakirə edəcəklər.

    Qeyd edək ki, Aşqabadda “Zamanların və sivilizasiyaların münasibəti” forumu keçirilir. Forum türkmən şairi və mütəfəkkiri Məhtimqulu Fəraqinin anadan olmasının 300 illiyinə həsr olunub.