SEPAH "Hizbullah"ın İrana məxsus olduğunu artıq gizlətmir
"SEPAH-e-Quds" komandanının müavini "Hizbullah"ın baş katibi təyin edilib
Küveytin "Əl-Cəridə" saytı "Sepah-e-Quds" komandanının müavini "Hizbullah"ın müvəqqəti baş katibi təyin edildiyini yazıb.
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) "Sepah-e-Quds" xüsusi təyinatlılarının komandirinin müavini Məhəmməd Rza Fəlahzadə "Hizbullah"ın müvəqqəti baş katibi təyin edilib.
Bu barədə Küveyt qəzeti "Sepah-e-Quds"dakı mənbəyə istinadən yazır. Qeyd olunur ki, Fəlahzadəni bu vəzifəyə İranın ali dini lideri Xamenei şəxsən təyin edib.
Eyni zamanda, ərəb mediası yuxarıda adı çəkilən bölmənin komandiri Qaaniyə qarşı onun qərargah rəisinin İsraillə əlaqəsi şübhəsi ilə bağlı araşdırma başlandığını bildirib. Qeyd edilib ki, Qaani sorğu-suallara görə infarkt keçirib.