XƏBƏRLƏR / Qonşular

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhəddindən çıxıb

Məlumatı Ermənistan hökuməti rəsmi olaraq təsdiqləyib

Rusiya sərhədçiləri Ermənistan-Türkiyə sərhəddindən çıxıb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Ermənistan hökuməti Rusiya sərhədçilərinin Ermənistan-Türkiyə sərhədindəki Axurik keçid məntəqəsindən çıxarıldığını və Milli Təhlükəsizlik Xidmətindən olan erməni sərhədçilərin orada xidmət etdiyini rəsmi olaraq təsdiqləyib. Bu barədə hökumətin 2025-ci il üçün proqramının icrası ilə bağlı hesabatda deyilir.

    "1 mart 2025-ci il tarixinə Ermənistan-Türkiyə dövlət sərhədindəki Marqara keçid məntəqəsində yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları çalışır. 2026-cı ilin əvvəlindən Ermənistan-Türkiyə dövlət sərhədindəki Axurik keçid məntəqəsində də yalnız Ermənistan Milli Təhlükəsizlik Xidmətinin qoşunları çalışır. Hazırda Ermənistan dövlət sərhədində (Türkiyə ilə - red.) Ermənistan Milli Təhlükəsizlik Xidmətinin tam nəzarəti altında olmayan bir dənə də olsun fəaliyyətdə olan keçid məntəqəsi yoxdur", - deyə hesabatda qeyd olunur.

    Qeyd etmək lazımdır ki, hazırda Ermənistan-Türkiyə sərhədində fəaliyyətdə olan heç bir keçid məntəqəsi yoxdur.