Ermənistanda yeni Konstitusiyanın saxta layihəsi dərc edilib
Bununla bağlı Ermənistanın Ədliyyə Nazirliyi bəyanat yayıb
İnternetdə yeni yaradılmış veb sayt peyda olub və guya "Ermənistan Respublikasının Konstitusiyasının son layihəsi"ni dərc edib.
@bagramyan26-nın etibarlı mənbəyə istinadən yaydığı məlumata görə, bu, növbəti saxtakarlıqdır.
Bu mətnin hələ dərc olunmamış faktiki Konstitusiya layihəsi ilə heç bir əlaqəsi yoxdur.
Bununla əlaqədar Ermənistanın Ədliyyə Nazirliyi bəyanatla çıxış edib.
Bəyanatda deyilir:
"Bəzi dairələrdə yeni Konstitusiya layihəsinin guya dərc olunduğu barədə məlumatlar yayılır.
Sizə bildiririk ki, yayılan mətn yeni Konstitusiyanın layihəsi deyil və yayılan məlumatlar dezinformasiyadır.
Sizi təsdiqlənməmiş məlumatları yaymaqdan çəkinməyə və yeni Konstitusiya layihəsinin mətninin rəsmi dərc olunmasını gözləməyə çağırırıq".
1 dəqiqədən az