Ermənistan və Türkiyənin ticarəti etimad vasitəsi ola bilər
Bu barədə Ermənistan Sənayeçiləri və Sahibkarlar Birliyi ilə Türkiyə Van Ticarət və Sənaye Palatasının birgə bəyanatında bildirilib
Ermənistan və Türkiyə arasında ticarət etimadın qurulması üçün güclü bir vasitəyə çevrilə bilər - Sputnik Armenia.
Bu barədə Ermənistan Sənayeçiləri və Sahibkarlar Birliyi ilə Türkiyə Van Ticarət və Sənaye Palatasının birgə bəyanatında bildirilib. Qeyd olunub ki, 3-4 sentyabr tarixlərində keçirilən biznes nümayəndələrinin ikitərəfli görüşləri Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və onlar arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində mühüm addım olub.
İrəvanda keçirilən görüşdə hər iki ölkənin iş adamları qarşılıqlı ticarət və investisiya imkanlarını müzakirə ediblər. Hər iki tərəf bu prosesin sabitliyini və davamlılığını təmin etmək üçün ən vacib tədbirlərdən birinin sərhəd keçid məntəqələrinin açılması və müntəzəm ticarət yollarının yaradılması olduğu barədə razılığa gəliblər.
1 dəqiqə