XƏBƏRLƏR / Qonşular

Müctəba Xamenei sağ-salamatdır və səhhətində problem yoxdur?

Bu barədə İran prezidenti Məsud Pezeşkianın oğlu Yusif İSNA-ya deyib

Müctəba Xamenei sağ-salamatdır və səhhətində problem yoxdur?
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İranın yeni Ali Rəhbəri Ayətullah Müctəba Xamenei sağdır.

    İSNA-ya istinadən xəbər verir ki, bu barədə İran Prezidenti Məsud Pezeşkianın oğlu Yusif Pezeşkian deyib.

    Yusif Pezeşkian bildirib ki, Müctəba Xameneinin xəsarət alması ilə bağlı xəbəri eşidib, onun yaxınları ilə əlaqə saxlayıb.

    O qeyd edib ki, Müctəba Xamenei sağ-salamatdır və səhhətində problem yoxdur.

    Qeyd edək ki, bundan əvvəl beynəlxalq mətbuatda Ayətullah Müctəba Xameneinin ABŞ və İsrailin hava zərbələrində yaralanması ilə bağlı xəbərlər yayılıb. İndiyədək Müctəbanın sağ-salamat olması barədə obyektiv məlumat və görüntü yoxdur.