Türkiyədə seçkilərin dəqiq tarixi bu gün elan ediləcək
Bu barədə "TRT Haber" məlumat yayıb
Türkiyədə bu gün seçkilərin dəqiq tarixi rəsmi şəkildə elan olunacaq. "TRT Haber" xəbər verir ki, seçki tarixini ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlayacaq. Bildirilib ki, bu gün yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 15:00-da) Ərdoğan Prezident İqamətgahında çıxış edərək seçkilərin keçiriləcəyi vaxt barədə rəsmi məlumat verəcək.
Qeyd edək ki, seçkilərin 14 maya təyin olunması gözlənilir.