XƏBƏRLƏR / Qonşular

Rusiyadan Ermənistana gedən taxıl Bakıdan yola salınıb

1023 ton olan taxıl yüklü 11 vaqon Ermənistan Respublikasına göndərilib

Rusiyadan Ermənistana gedən taxıl Bakıdan yola salınıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana göndərilən taxıl yüklü vaqonlar bu gün Bakıdan yola salınıb.

    Ümumi çəkisi 1023 ton olan taxıl yüklü 11 vaqon Ermənistan Respublikasına göndərilib.

    Xatırladaq ki, indiyə qədər Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 22 min tondan çox (320 vaqon) taxıl, həmçinin 610 ton (9 vaqon) gübrə göndərilib.