Paşinyan Azərbaycanla sərhədə - Zəngəzura gəlib VİDEO
Qafan hava limanı Azərbaycanla sərhədin bir neçə metrliyindədir
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvan-Qafan reysi ilə Zəngəzura səfər edib. Bu barədə Nikol Paşinyan öz "Facebook" səhifəsində məlumat verib.
Qafan hava limanı Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətindədir.
Aprelin 26-da 19 sərnişin üçün nəzərdə tutulmuş Çexiya istehsalı olan sərnişin təyyarəsi İrəvandan Qafan hava limanına ilk sınaq uçuşu həyata keçirib.
Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri Qnel Sanosyan bildirib ki, sınaq uçuşu zamanı müəyyən problemlər yaranıb və bu problem həll olunacaq.
Sanosyan vurğulayıb ki, Ermənistan hökumətinin məqsədi İrəvandan Qafana müntəzəm reyslər açmaqdır.
Paşinyan məlumat verib ki, gələn həftədən İrəvan-Qafan marşrutu üzrə müntəzəm uçuşlar həyata keçiriləcək.
Lakin müntəzəm uçuşlar Azərbaycanla razılaşdırılmalıdır, çünki hava limanı və uçuş-eniş zolağı hərbçilərimizin tam nəzarətindədir.