XƏBƏRLƏR / Qonşular

İlham Əliyev Özbəkistana gəlib

Prezident Daşkənddə keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatının XVI-cı Zirvə toplantısında iştirak edəcək

İlham Əliyev Özbəkistana gəlib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün noyabrın 8-də Özbəkistana səfərə gəlib.

    Daşkənd Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Azərbaycan Prezidentini Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar.