İran və Rusiya Moskvada Şimal-Cənub dəhlizini müzakirə edib
İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əhmədian Putinin köməkçisi Patruşevlə görüşüb

İranın Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Əli Əkbər Əhmədian Moskvada Rusiya Prezidentinin köməkçisi Nikolay Patruşevlə görüşüb.
Əhmədian və Patruşev iki ölkə arasında ən mühüm razılaşmaların və əməkdaşlığın icrasını nəzərdən keçirib, həmçinin Tehran və Moskvanın ikitərəfli münasibətləri inkişaf etdirmək əzmində olduqlarını vurğulayıblar.
Tərəflər həmçinin beynəlxalq Şimal-Cənub dəhlizində ikitərəfli əməkdaşlığa toxunub, siyasət, təhlükəsizlik və iqtisadiyyat sahələrində geniş spektrli məsələləri müzakirə ediblər.