Türkiyədə immiqrantlara qarşı əməliyyat: 1177 nəfər tutuldu
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya bildirib
Türkiyədə son 5 gün ərzində 30 şəhərdə keçirilən “Qalxan-19” əməliyyatları çərçivəsində 1177 immiqrant saxlanıb.
Bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya rəsmi "X" hesabında paylaşım edib.
Nazir bildirib ki, Türkiyənin hər bir bölgəsində qətiyyətlə həyata keçirilən əməliyyatlar nizamsız miqrasiyanın və immiqrant qaçaqmalçılığının qarşısının alınması üçün fasiləsiz olaraq davam edəcək: “Ölkəmizi qeyri-qanuni miqrasiya üçün hədəf və tranzit marşrutuna çevirməyə çalışan immiqrant qaçaqmalçılarına heç vaxt imkan verməyəcəyik”.