İrəvan və Bakı mayeləşdirilmiş qazla bağlı razılığa gəlib
Bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib
İrəvanla Bakı arasında mayeləşdirilmiş qaz və bitumun Azərbaycan ərazisi vasitəsilə dəmir yolu ilə daşınması barədə razılaşma əldə olunub.
Ermənistan mediasının verdiyi məlumata görə, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan sosial şəbəkə hesabında yazıb.
"Bizim sahibkarlar artıq bu imkandan yararlana bilərlər", – nazir qeyd edib.
1 dəqiqədən az