Sülh müqaviləsinin mətni tam hazırlanıb
Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib
Sülh müqaviləsinin mətni tam hazırlanıb və son nöqtələrə düzəlişlər edilməklə, əvvəllər təsdiq edilmiş və imzalanmış ikitərəfli sazişlər əsasında yekun formasına gətirilə bilər".
Ermənistan mətbuatı xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
"Mən hələ 2018-ci ildə, sonra 2019-cu ildə Konstitusiyanın dəyişdirilməsindən danışmışdım və bizim gündəliyimiz müstəsna olaraq demokratik islahatlarla bağlıdır", - o əlavə edib.
Qeyd edək ki, sülh danışıqları Azərbaycan tərəfinin təşəbbüsü ilə beş prinsipin təklif edilməsi əsasında başlanıb.