İranın birinci vitse-prezidenti İrəvana səfərə gedib
Səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır
İranın birinci vitse-prezidenti Məhəmmədrza Arif oktyabrın 1-də İrəvana səfərə gedib.
Məlumatı “Tasnim” informasiya agentliyi yayıb.
Bildirilib ki, səfər Ermənistanın baş naziri Nikol Paşinyanın dəvəti ilə reallaşır.
M.Arif İrəvanda keçirilən Avrasiya İqtisadi İttifaqına üzv ölkələrin hökumət başçılarının iclasında xüsusi qonaq qismində iştirak edəcək.
İranın birinci vitse-prezidenti səfər çərçivəsində Avrasiya İqtisadi İttifaqının toplantısında çıxış edəcək, bəzi ölkələrin hökumət başçıları ilə görüşəcək.
Səfər bir gün sürəcək.
Avrasiya İqtisadi İttifaqı hökumət başçılarının Ermənistanda keçirilən iclasında İranın şimal qonşuları olan Rusiya, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Belarusun daxil olduğu bu birliyə İranın üzvlük prosesi gündəmdədir.