XƏBƏRLƏR / Qonşular

Ermənistan müxalifəti Paşinyanı məhkəməyə verir

"Hayastan" fraksiyasının katibi Artsvik Minasyan Azərbaycanla sülh müqaviləsinin mətnini tələb edir

Ermənistan müxalifəti Paşinyanı məhkəməyə verir
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • “Bakı ilə razılaşmanın mətnini göstərmirlər” - Müxalifət Paşinyanı məhkəməyə verir

    Ermənistanın parlament müxalifəti Azərbaycanla sülh müqaviləsinin mətni ilə tanış olmaqdan imtina etdiyinə görə hakimiyyətə qarşı iddia hazırlayır.

    Müxalifət deputatlarının sazişin mətni ilə tanış olmasına qadağa qoyulması anlaşılmazdır, "Hayastan" fraksiyasının katibi Artsvik Minasyan Milli Assambleyada hökumət saatında deyib.

    Cavabında baş nazir Nikol Paşinyan bəyan edib ki, spekulyasiyaya yol verməmək üçün sazişin mətninin müxalifətə göstərilməsini məhz o qadağan edib.

    “Bəli, mən bunu qadağan etdim və düz etdim, mətni oxuyacaqsınız, sonra gəlib nağıl danışmağa başlayacaqsan".