Qars-Gümrü dəmir yolu xətti ilə bağlı iclas keçirilib
Bu barədə Türkiyə və Ermənistan xarici siyasət idarələrinin birgə bəyanatında bildirilir
Qarsda Qars-Gümrü dəmir yolu xəttinin bərpası və istismarı üzrə Türkiyə-Ermənistan birgə işçi qrupunun iclası keçirilib.
Bu barədə Türkiyə və Ermənistan xarici siyasət idarələrinin birgə bəyanatında bildirilir.
Görüş iki ölkə arasında münasibətlərin normallaşdırılması prosesində əldə edilmiş razılaşmalar çərçivəsində baş tutub.
Tərəflər regionun nəqliyyat infrastrukturunun inkişafı kontekstində Qars-Gümrü dəmir yolu əlaqəsinin tezliklə işə salınmasının vacibliyini vurğulayıblar.
Bununla belə, nümayəndə heyətlərinin tərkibi və işçi qrupunun sonrakı addımları barədə təfərrüatlar açıqlanmır.
1 dəqiqədən az