
Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçaturyanı həbs edib.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur.
Xaçaturyan 2021-ci ilin fevralında baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.