Rusiya Ermənistan və Azərbaycana kömək etməyə hazırdır
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib
Çətin ki, öz əhalisini qorxutmaq Ermənistana uyğun nəticə əldə etməyin ən yaxşı yoludur. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın bəyanatını şərh edərkən deyib.
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Tavuşun Voskepar kəndinin sakinləri ilə görüşündə demişdi ki, Ermənistan tərəfi Azərbaycanla delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina edəcəyi təqdirdə yeni müharibə başlayacaq.
“Bu məsələləri sakit, konstruktiv şəkildə həll etmək lazımdır, bunun mexanizmi var - bu, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası komissiyasıdır. İş bu struktur çərçivəsində qeyd olunan prinsiplər əsasında aparılmalıdır”, - deyə Zaxarova bildirib.
Onun sözlərinə görə, Ermənistanın baş nazirinin dedikləri heç bir halda Rusiya ilə əlaqələndirilməməlidir, bu, yalnız ölkə rəhbərliyinin Qərblə təmasda verdiyi qərardır.
“Mən istərdim ki, yalnız İrəvanda qərar qəbul edənlər Qərbin təsiri altında atdıqları bütün addımlara görə məsuliyyət daşısın”, - Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib.
Zaxarova deyib ki, Rusiya Ermənistan və Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası üzrə komissiyanın işinə kömək etməyə hazırdır.