Tbilisidə parlamentin təhlükəsizlik tədbirləri gücləndirilir
Parlamentin planlaşdırılan tədbirlərinə yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq
Gürcüstan parlamenti əlavə təhlükəsizlik tədbirləri haqqında bəyanat dərc edib.
Parlament sarayına giriş yalnız ziyarətçilərlə məhdudlaşacaq.
Bəyanata əsasən, parlament sədrinin 4 sentyabr 2023-cü il tarixli “Gürcüstan parlamentinin sarayında təhlükəsizlik qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, bu il aprelin 18-dən sarı təhlükəsizlik səviyyəsi tətbiq ediləcək. Parlamentin planlaşdırılan tədbirlərinə, o cümlədən komitə iclaslarına yalnız müvafiq struktur bölmələri tərəfindən dəvət olunmuş şəxslər buraxılacaq.
"Məhdudiyyət televiziya şirkətlərinin/telemedianın akkreditə olunmuş jurnalistlərinə şamil edilmir. Bu tədbirin məqsədi Gürcüstan parlamentinin sarayında təhlükəsiz və iş mühitinin təmin edilməsidir”, - məlumatda deyilib.
Xatırladaq ki, aprelin 15-dən Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi müzakirə olunur. Aprelin 15, 16 və 17-də qanunverici orqanda analoji təhlükəsizlik rejimi qüvvədə olub.
Hökumət administrasiyasının binası qarşısında “Vətəndaşlar”ın lideri Aleko Elisaşvili ilə hüquq-mühafizə orqanlarının əməkdaşları arasında qarşıdurma baş verib. A.Elisaşvili bir neçə dəfə polis kordonunu yarmağa cəhd etsə də, hüquq-mühafizə orqanları buna imkan verməyib.