XƏBƏRLƏR / Qonşular

İranda Bakıda səfərdə olan qadın məmuru işdən çıxarırlar

Söhbət İran-Azərbaycan birgə komissiyasının həmsədri, ölkənin yol və şəhər inkişafı naziri Fərzanə Sadeqidən gedir FOTO

İranda Bakıda səfərdə olan qadın məmuru işdən çıxarırlar
Fərzanə Sadeqi
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran parlamenti Şəhid Rəcai limanında partlayışa səbəb olan səhlənkarlıqla əlaqədar ölkənin yol və şəhər inkişafı naziri Fərzanə Sadeqinin impiçment prosedurunu başladıb. 

    Xatırladaq ki, Fərzanə Sadeqi həm də Azərbaycan-İran İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədridir və o, son 1 ayda 2 dəfə Azərbaycanda səfərdə olub.

    Bu barədə İran mənbələri parlamentin abadlıq komitəsinin üzvü Məhəmməd Mənan Raisiyə istinadən bildirib.

    “Limanların İdarə Olunması Təşkilatının hərəkətsizliyi və yanlış hesablamaları, mənzillərin qeydiyyatı proqramının bağlanması və insanların qanuni hüquqlarından məhrum edilməsi, Əmlakın Tənzimlənməsi Nazirliyinin zəif fəaliyyəti, dəfələrlə qanun pozuntuları və texniki aspektlərin məlumatsızlığı impiçment prosedurunun əsas məqamlarındandır”, - o, “Tasnim” xəbər agentliyinə müsahibəsində izah edib.

    Deputatın sözlərinə görə, hazırda impiçmenti dəstəkləyən 40 imza qeydə alınıb, lakin son məlumatlara əsasən, onların sayı artacaq.

    Qeyd edək ki, baş verən partlayış nəticəsində ölənlərin sayı 70 nəfərə çatıb, 1200-dən çox insan xəsarət alıb.