XƏBƏRLƏR / Qonşular

İran dövlət TV-sinin Azərbaycana qarşı açıq-aşkar təxrıbatı

İran dövlət mediası Azərbaycan haqqında saxta və təxribatçı xəbərlər yayır

İran dövlət TV-sinin Azərbaycana qarşı açıq-aşkar təxrıbatı
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • İran Yayım Korporasiyasının (IRIB) bir hissəsi olan Azərbaycandilli "Səhər Azəri" kanalı Azərbaycan haqqında yalan məlumatlar ehtiva edən bir süjet yayımlayıb.

    Kanal Türkiyənin Diyarbəkir şəhərində hicab geyinən "Azərbaycan qadınlarını dəstəkləyən mitinq keçirildiyini" iddia edən bir xəbər yayıb. Tədbirin video görüntüləri də əlavə edilib.

    Lakin dərc olunan görüntülərin Azərbaycanla heç bir əlaqəsi olmadığı ortaya çıxıb. Əslində, görüntülər 11 oktyabrda Diyarbəkirin Sur rayonunda lentə alınıb. Süjet Azərbaycan qadınlarını dəstəkləyən hər hansı bir mitinqdən deyil, ilk dəfə hicab geyinən qızlar üçün təşkil edilən bir mərasimdən bəhs edir. Tədbirdə iştirakçıların dini şüarlar səsləndirdiyi yürüş də yer alıb.