Rəsmi Tehran yenə AEBA müfəttişlərini ölkəyə buraxmır?
Tramp: Onlar səhv edirlər
21:12
ABŞ Prezidenti Donald Tramp İranın AEBA müfəttişlərinin ölkəyə buraxılmaması xəbərinə şərh verib.
Jurnalist: "İranlılar iddia edirlər ki, AEBA müfəttişlərinin planlaşdırılan səfərləri yoxdur".
Tramp: "Onlar səhv edirlər. Onlar bizi daxildən məlumatlandırıblar və yoxlamalarla bağlı 100% razılığımız var. Əgər onlar haqlıdırlarsa, görüşləri dərhal ləğv edəcəyəm".
***
16:21
Tehranın AEBA (Atom Enerjisi üzrə Beynəlxalq Agentlik) müfəttişlərinin nüvə obyektlərinə baş çəkməsinə icazə vermək planı yoxdur.

Jurnalistlərin suallarını cavablandıran İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Beqai bildirib ki, Tehran AEBA-nin baş direktoru Rafael Qrossi ilə görüşməyib və tərəflərin agentliyin İran, ABŞ və İsrail arasındakı silahlı münaqişə zamanı İranın zədələnmiş nüvə obyektlərini yoxlaması planı yoxdur.
Beqai bildirib ki, "Biz NPT (Nüvə silahlarının yayılmaması haqqında müqavilə - ANSPress) üzvü və təhlükəsizlik sazişlərinə sadiq olan bir ölkə olaraq, inanıram ki, çox aydın olan mövcud prosedur çərçivəsində fəaliyyətimizi davam etdirəcəyik".
1 dəqiqə