XƏBƏRLƏR / Qonşular

Məsud Pezeşkian Ermənistana səfər edib YENILƏNIR / VİDEO

"Sputnik Armenia" xəbər verir

Məsud Pezeşkian Ermənistana səfər edib YENILƏNIR / VİDEO
  • Oxuma müddəti:

    1 dəqiqə

  • İran Prezidenti Məsud Pezeşkian Ermənistana səfər edib.

    VİDEO

    "Sputnik Armenia" xəbər verir ki, o, iki günlük rəsmi səfərlə bu ölkəyə gedib.

    Bu, onun İran İslam Respublikasının prezidenti kimi ölkəyə ilk səfəridir.

    Pezeşkianı Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

    Qeyd edilib ki, o daha sonra Belarusa səfər edəcək.

    Məsud Pezeşkian Ermənistan və Belarusa gözlənilən səfərinin gündəmini şərh edib.

    O qeyd edib ki, İrəvanda müzakirə olunacaq əsas məsələlərdən biri Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi olacaq:
    "Ermənistana səfərimiz zamanı biz Şimal-Cənub dəhlizini müzakirə edəcəyik. Şərq-Qərb marşrutu həm də Şərqdən Qərbə ticarət yollarını genişləndirmək üçün bizim üçün yaxşı platformadır".

    Amerika şirkətlərinin regionda iştirakı ilə bağlı narahatlıqlara toxunan Pezeşkian bu məsələnin də gündəmdə olacağını bildirib:
    "Əsas narahatlığımız Amerika şirkətlərinin bölgəyə gəlməsidir. Onlar tez-tez şirkət adı altında gəlirlər, amma başqa hərəkətlər edirlər. Bu məsələlərlə bağlı danışıqlar da aparılacaq".