Üctərəfli hökumətlərarası komissiya nədə razılığa gəlib?
Bakıda Azərbaycan, Rusiya və İran nümayəndə heyətlərinin görüşü davam edir

Hökumət nümayəndələrinin üçtərəfli görüşünün yekun kommünikesində Azərbaycan, Rusiya və İran avtomobil nəqliyyatı üzrə birgə işçi qrupun yaradılması barədə razılığa gəliblər.
- Sənədə əsasən, işçi qrupuna üç ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələri daxil olacaq.
- Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi ilə daşımaların həcminin 15 milyon tona çatdırılması və yükdaşımalarının davamlı artımının təmin edilməsi üçün tədbirlərin görülməsinin zəruriliyi vurğulanıb. Üç ay müddətində nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi üçün Tədbirlər Planının hazırlanması üçün İşçi Qrupun yaradılması barədə razılıq əldə olunub.
- Eyni zamanda, görüş zamanı üç ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarının nümayəndələrindən ibarət avtomobil daşımaları üzrə xüsusi İşçi Qrupun yaradılması barədə razılıq əldə olunub.
- Azərbaycan Respublikası, İran İslam Respublikası və Rusiya Federasiyası arasında tranzit daşımaların asanlaşdırılması üçün gömrük orqanlarının qarşılıqlı fəaliyyətinə dair üçtərəfli işçi qrupu haqqında Əsasnamənin imzalanması məmnunluqla qeyd olunub.